Sumqayıt–Lənkəran şəhərlərarası avtobus marşrutu müsabiqəyə çıxarılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən verir.
Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə təşkil olunan müsabiqəyə sənədlər 4 iyul saat 17:00-dək AYNA-da qəbul ediləcək. İddiaçıların təkliflərinə iyulun 23-də baxılacaq. Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
Ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, elektron ünvan: [email protected].