Lənkəranda zibil qutularının azlığının fəsadları, əsasən, yay aylarında üzə çıxır. Çünki yayın yaxınlaşması ilə Lənkərana səfər edən turistlərin sayı da artır.
Yerli və xarici turistlərin şəhərimizə səfər etməsi bizi nə qədər sevindirsə də, bir o qədər də kədərləndirir. Çünki şəhərimizin mərkəzi küçələrində gəzərkən xoşagəlməz bir mənzərə ilə üzləşirik. Bu, insanların yeyib-içdikdən sonra əllərindəki zibili küçəyə atmalarının nəticəsidir.
Dəfələrlə bu mövzuya toxunsaq da, insanları maarifləndirərək tullantıları zibil qutularına atmağa çagırsaq da, bir çoxları irad olaraq bu halı zibil qutularının az olması ilə əlaqələndirirlər.