Lənkəran şəhərinin Koroğlu küçəsində yerləşən dirək qəzalı vəziyyətdədir. Bununla bağlı sakinlər bu gün, 5 iyun tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, rabitə dirəyinin bünövrəsi tamamən çürüyüb və dirək havada qalıb.Sakinlər bildirirlər ki, dirək tam aşsa, bütün ərazi telefonsuz və internetsiz qalacaq.