Lənkəran şəhəri ərazisindəki poçt şöbələrinin birindən oğurluq edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 may tarixində verir.
Belə ki, gecə saatlarında naməlum şəxsin poçt şöbəsi binasının şüşəsini qıraraq içəridən 3 ədəd bağlamanı oğurlaması barədə polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlin şəhər sakini olan yetkinlik yaşına çatmayan bir nəfər tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.