Lənkəranda günəş paneli ilə təchiz olunan yeni nəsil oturacaqların təqdimatı keçirilib. Bu haqda bu gün, 3 iyun tarixində Cenublu.az "Lənkəran Kommunal Xidmətlər" Facebook səhifəsinə istinadən xəbər verir.
Lənkəran Dövlət Peşə Təhsilinin məhsulu olan oturacaqlar İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova təqdim olunub. Belə ki, günəş paneli ilə təchiz olunan yeni nəsil oturacaqlar avtonom rejimdə axşamlar işıq verməklə yanaşı, müxtəlif funksiyaları həyata keçirir.
Qeyd edək ki, patent alınandan sonra müasir oturacaqların istehsalı Lənkəranda reallaşacaq.