Lənkəranda gün ərzində iki yerdə yanğın hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, Liman şəhərində ümumi sahəsi 50 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə və içərisində 1 kv.m sahəyə yığılan geyim əşyaları yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Həmçinin şəhər ərazisində ümumi sahəsi 160 kv.m (hər mərtəbəsi 80 kv.m) olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 10 kv.m sahədə, 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.