Lənkəran rayon təhsili itki verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyul tarixində verir.
İ. Mahmudov adına Liman şəhər 1 nömrəli məktəbin müəllimi Talibə Ağayeva 61 yaşında dünyasını dəyişib. Onun bir neçə gün öncə açıq ürək əməliyyatı keçirdiyi bildirilir.
Məlumata görə, mərhum müəllim uzun illər şagirdlərə ingilis dilini tədris edib.