Lənkəran şəhəri, Mir Mustafa xan küçəsində yerləşən üstüaçıq kanallar sakinlər üçün təhlükə yaradır. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyun tarixində verir.
Belə ki, yolun hərəkət hissəsində yerləşən çuxurlar həm piyadaları, həm də sürücüləri narahat edir.
“Küçəni tanımayan biri burdan keçsə, mütləq bu quyuya düşəcək. Qaranlıqda isə onu görmək, demək olar ki, mümkün deyil. Yolun hər iki tərəfində yerləşən bu üstüaçıq xəndəklərə dəfələrlə avtomobillər və insanlar düşüb. Aidiyyəti qurumlardan xahiş edirik, məsələni həll etsinlər”, - deyə sakinlər bildiriblər.