top
Lənkəranda şair Ziyafət Yəhyanın 70 illik yubileyi keçirilib
22 may 2023, 01:17
- ↺ +

Lənkəranda şair Ziyafət Yəhyanın 70 illik yubileyi keçirilib

Lənkəran Dövlət Dram Teatrında şair Ziyafət Yəhyanın 70 illik yubileyi qeyd olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində verir.

Əkbərov Ziyafət Yəhya oğlu 1952-ci ildə Lənkəranda müəllim ailəsində anadan olub. Əmək fəaliyyətinə Lənkəran Konserv Zavodunun istehsalat sexində usta kimi başlayıb. 1988-ci ildən bu yana isə əhaliyə taksi sürücüsü kimi xidmət göstərir.

Ziyafət Əkbərovu digər taksi sürücülərindən fərqləndirən cəhəti onun həm də şair olmasıdır. Şeir yazmağa orta məktəbdə oxuyan zamandan başlayan şairin şeirləri ötən əsrin 80-ci illərində "Azərbaycan", "Ulduz", "Söz" və "Məşəl" jurnallarında dərc edilib. Şair 1992-ci ildə Lənkəranda fəaliyyəti bərpa olunan "Fövcül-Füsəha" ədəbi məclisinin üzvüdür. 1995-ci ildə Lənkəran Televiziyası şair Ziyafət haqqında "Sinəmdə bitdi hicranım" adlı ədəbi-sənədli televiziya filmi çəkib.

Ziyafət Yəhya 1998-ci ildə Lənkəran Uşaq Yaradılıcıq Mərkəzində öz şəxsi təşəbbüsü və rəhbərliyi ilə "Ziya" ədəbi məclisini yaradaraq orta məktəb şagirdləri və gənclərdən ibarət bu məclisə 10 il ərzində rəhbərlik edib. Məclisi yaratmaqda əsas məqsədi orta məktəb şagirdləri arasında şairlik bacarığı olan uşaqlara ədəbiyyat nəzəriyyəsi və nəzm janrının incəliklərini öyrətmək idi. Ziyafətin yazdığı şeirlərə mahnılar da bəstələnib və Könül Kərimova, Əhməd Kərimov, Cavad Rəcəbov, həmçinin başqa müğənnilər tərəfindən ifa edilib. Şairin yazdığı "Sönmüş ocaq" və "Mən özüməm" adlı pyesləri səhnələşdirilmək üçün Lənkəran Dövlət Dram Teatrına təqdim edilib. Şair Ziyafət Yəhyanın 1997-ci ildə Bakıda "Şuşa" nəşriyyatında "İtkin düşən harayım" adlı kitabı nəşr edilib.

Şair 2012-ci ildə Lənkəranda "İlin adamı" elan edilib, 2013-cü ildə isə şairin 60 illik yubileyi dövlət səviyyəsində Lənkəran Dövlət Dram Teatrında qeyd edilib. Lənkəranın həm taksi sürücüsü, həm də şairi olan Ziyafət Əkbərov Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident mükafatçısıdır.

[caption id="attachment_38612" align="alignnone" width="336"]Ziyafət Yəhya Foto Cenublu.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər