Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində Azertac-a istinadən verir.
Mərkəzin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi fond işləri üzrə direktor müavini Aida Axundova şəhidlərimizə məxsus şəxsi əşyaların, sənədlərin, fotoların, videoyazıların və s. materialların yaxın gələcəkdə yaradılacaq Zəfər Muzeyində nümayiş etdirilməsi, həmçinin saxlanılması üçün Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayından cari ilin müvafiq dövrünə qədər Zəfər Muzeyinin fondlarına 8000-dən çox eksponat toplanılıb.