Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Paşa Təhməzov küçəsindəki yaşayış binası qəzalı vəziyyətə düşüb.
Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətindən (ŞİH) Cenublu.az-a rəsmi açıqlama verilib.
Bildirilib ki, sözügedən çoxmənzilli yaşayış binasının bu halda olmasının səbəbi 1875-ci ildə inşa edilməsidir. Məsələ ilə əlaqədar ŞİH tərəfindən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanıb:
“Qeyd edək ki, aidiyyəti qurumlar tərəfindən sözügedən binanın sökülərək yerində yeni binanın inşası ilə bağlı dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması istiqamətində işlər davam etdirilir”.