top
Lənkəranda qayınana və ər gəlini döyüblər: gəlin məhkəməyə müraciət edib
31 mart 2023, 23:27
- ↺ +

Lənkəranda qayınana və ər gəlini döyüblər: gəlin məhkəməyə müraciət edib

Lənkəran rayonunun Liman şəhərində yaşayan qadın əri və qayınanası tərəfindən döyüldüyünü iddia edib. Bununla bağlı o, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib və həmçinin məhkəməyə də müraciət edib.

Məhkəmədə gedən prosesdə ər arvadını döymədiyini bildirib:

“Biz bir yerdə yaşamışıq və münasibətlərimiz normal olub. Sonucu dəfə Bahar (həyat yoldaşı, ad şərtidir) özbaşına atasının evinə getdi. Saat 13:00 radələrində evə qayıtdı. Həmin vaxt anam mənə zəng edərək Baharla dalaşdıqlarını, gəlib onu işə aparmağımı dedi. Evə gələndə anam Vəfa (ad şərtidir) və Baharın deyindiklərini, sözlə mübahisə etdiklərini gördüm. Onları sakitləşdirərək anamı götürdüm və işə apardım. Bahar evdə qaldı”.

Daha sonra Vüsal (ər, ad şərtidir) əlavə edib:

“Anam və arvadım dalaşanda evdə olmamışam. Sadəcə Baharı itələyərək həyətdən evə girməsini demişəm”.

Zərərçəkmiş Baharın sözlərinə görə, 2021-ci ildə Vüsalla ailə həyatı qurub və bir övladları var:

“Əvvəllər ərimlə münasibətlərim normal olsa da, sonradan qayınanam bizim ailə işlərimizə müdaxilə etdiyindən münasibətlərimiz pisləşdi. Son zamanlar Vəfa evi qızının adına keçirəcəyini deməklə bizim evdən getməyimizi tələb edirdi. Buna görə aramızda mübahisələr oldu”.

Bahar qeyd edib ki, anasının evinə birgünlük qonaq gedib:

“Növbəti gün evə qayıdanda qayınanam məni istəmədiyini dedi, evdən getməyimi tələb etdi. Buna görə aramızda yenidən mübahisə baş verdi. Vəfa üstümə hücum çəkdi. Qollarımı cırmaqladı və məni itələdi. Bir qədər sonra ərim evə gəldi. O da məni itələdiyindən sağ əlim divara dəyərək cızıldı. Bu səbəbdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim”.

Vəfa (qayınana) isə izahatında göstərib ki, 2021-ci ildə oğlu Vüsalla Bahar ailə həyatı qurublar:

“Bahar gəlin gələndən mənimlə və ailə üzvlərimlə yola getməyib, xoşagəlməz sözlər danışıb, evdə yersiz münaqişələr yaradıb. Hadisə günü Bahar atasının evindən geri qayıtdı. Mən də ondan niyə özbaşına atasının evinə getdiyini soruşdum. Bahar da mənə: “Ev mənimdir, istəyərəm, gedərəm, istəyərəm, qalaram”, - dedi. Buna görə aramızda mübahisə baş verdi. Həmin vaxt oğluma zəng etdim, məni işə aparmağını dedim. Oğlum da gələrək məni apardı”.

Vəfa bildirib ki, gəlinini döyməyib, ona xəsarət yetirməyib:

“Sadəcə həyətdə səs-küy saldığından onu evə tərəf aparmışam”.

Bu işə Lənkəran Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Vüsal 300 manat miqdarında cərimə olunub.

Bundan başqa, gəlinin şikayəti əsasında qayınananın da barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə icraat başlayıb və iş məhkəməyə göndərilib.

Məhkəmə Vəfanın da barəsində 300 manat miqdarında cərimə təyin edib.

Hər iki qərarın icra olunması Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
03 oktyabr 2026, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Oxşar xəbərlər