1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Lənkəranın Yuxarı Nüvədi kəndində, şəhid baş leytenant Vüsal Kazımovun xatirəsinə inşa edilən parkda “Parlaq gələcəyimizi təmin edən igidlərimiz” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir.
Bayram tədbirində məktəblilərin ifasında şəhidlərimizə həsr olunan vətənpərvər ruhda şeirlər və musiqilər səsləndirilib. Bayram ab-havasında keçən tədbirdə uşaqlar rəqs edib, şənləniblər.