top
Lənkəranda oğlan keçmiş sevgilisinin nişanlandığını eşidib ÇILPAQ FOTOLARINI YAYDI – Nişan pozuldu
17 aprel 2025, 05:07
- ↺ +

Lənkəranda oğlan keçmiş sevgilisinin nişanlandığını eşidib ÇILPAQ FOTOLARINI YAYDI – Nişan pozuldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda nişanlı qızı keçmiş sevgilisi şantaj edib.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Astara Rayon Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən 1995-ci il təvəllüdlü Səid (ad şərtidir) 2021-ci ildən Lənkəranda təhsil alan tələbə Çinarə (ad şərtidir) ilə sevgi münasibəti yaşamağa başlayıb. 2024-cü ildə Çinarənin nişanlandığını eşidən Səid onu şantaj etməyi qərara alıb. Səid qıza aid rüsvayedici məlumatları yaymaq hədəsi ilə qızdan pul tələb edib. Bu məqsədlə Çinarəyə zəng edərək 600 manat pul verməsə, cinsi əlaqədə olduqları vaxtda mobil telefonu ilə çəkdiyi çılpaq fotoşəkillərini yayacağını deyib. Bundan qorxan qız razılaşıb və həmin məbləği kişinin kartına atıb.

Çinarə sonradan Səidlə münasibətləri yaxşı saxlamağa çalışıb ki, şantaj edilməsin. Nişanlı ola-ola Səidlə münasibətini davam etdirib.

Belə davam etdikdən bir müddət sonra onlar arasında münasibət pozulur. Səid yenidən Çinarəni şantaj edib. Bu dəfə videoları 700 manata qarşılığında yaymayacağını deyib. Qız pulunun olmadığını dedikdə, oğlan bütün fotoları onun nişanlısına göndərib. Nəticədə Çinarə buna görə Səiddən şikayətçi olub və ona ağır cəza verilməsini istəyib.

Səid Quliyev Azərbaycan Respublikası CM-nin 182.2.2 və 234.1.1-ci maddələri ilə təqsirləndirilib.

Yataqda fotolarını çəkirdim...

Məhkəmədə ifadə verən Səid törətdiyi əməli etiraf edib:

“2021-ci ildən 2024-cü ilin mart ayına kimi Çinarə ilə aramızda intim münasibət olub. Yataqda olarkən Çinarənin fotoşəkillərini çəkirdim. Aprel ayında münasibətlərimiz pisləşməyə başladı. Çinarə nişanlandı. Mən də çəkdiyim fotoşəkillərlə onu hədələyərək pul tələb etdim. Törətdiyim əməldən peşmanam”.

Mütəmadi cinsi əlaqədə olurduq...

Daha sonra məhkəmədə zərərçəkmiş Çinarə hadisənin təfərrüatlarını danışıb:

“2021-ci ilin yayında Səidlə tanış oldum. Sentyabrda rayona təhsil almaq üçün qayıtdığım gündən mütəmadi olaraq onunla görüşməyə başladım. İlk dəfə Səid ilə qeyri-təbii, daha sonra isə təbii yolla cinsi əlaqədə olduq. Bununla da aramızda sevgi münasibəti yaranmağa başladı.

İlk vaxtlar mənə subay olduğunu desə də, sonradan evli olduğunu öyrəndim. Səidi sevdiyim üçün ondan ayrıla bilmədim. Demək olar ki, ər-arvad münasibətində yaşamağa başladıq.

Münasibətimiz mən universiteti bitirənədək, yəni 2024-cü ilədək davam etdi. Biləsuvar rayonuna getsəm də, onunla görüşmək üçün Lənkəran şəhərinə gəlirdim. Onda mənim çılpaq şəkillərim var idi. 2024-cü ildə Dəyanət adlı şəxs ilə nişanlandım. Bunu eşitdiyi üçün Əli məni şantaj etməyə başladı. Onunla münasibətimi yaxşı saxlamağa çalışdım. Lakin ona pulu verə bilmədiyim üçün şəkillərimi nişanlıma göstərdi. Mən də məcbur qalıb polisə şikayət etdim”.  

Məhkəmə istintaqı zamanı məlum olub ki, Səid tanışlıq zamanı Çinarəyə subay olduğunu deyib. Onlar Lənkəranda kirayə mənzillərdə, hotellərdə görüşüblər, münasibətdə olublar. Həmin zaman oğlan qızın fotolarını çəkib və mobil telefonunda saxlayıb.

Bir müddət sonra Çinarə Səidin evli və iki uşaq atası olduğunu bilsə də, onunla əlaqəni kəsməyib. Bunu isə Səidi sevməsi ilə əlaqələndirib.

Səid saxlanılan zaman onun ayağında elektron qolbaq olub. Çünki 2023-cü ildə narkotik istifadəsinə görə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Sonda məhkəmənin yekun qərarı ilə Səid Quliyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

 Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Oxşar xəbərlər