Lənkəranda 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb. Bu haqda məlumat Daxili İşlər Nazirliyindən bu gün, 31 mart tarixində Cenublu.az-a verilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində minalar şəhər ərazisində aşkar olunub.
Həmin minalar Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.