Lənkəran rayonunda evdə yaşlı qadının meyiti tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyun tarixində Report.az-a istinadən verir.
Hadisə şəhərin Balaməmməd küçəsi, 4 ünvanındakı binada qeydə alınıb. Mənzilə baxış zamanı 68 yaşlı ev sakini Şərqiyyə Rəhimovanın meyiti aşkarlanıb.
İlkin məlumata əsasən, qadın 4 gün əvvəl ölüb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.