Lənkəran şəhərində yerli İcra Hakimiyyətinin və "Azerçay"ın təşkilatçılığı ilə 4-6 iyun tarixlərində Çay festivalı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində verir.
Lənkəran şəhər Heydər Əliyev xatirə parkında açıq havada keçirilən festivalda iştirakçılara müxtəlif animasiyalar, sürpriz hədiyyələr təqdim olunub, milli adət-ənənələrimizə uyğun oyunlar və məşhur müğənnilərin iştirakı ilə konsert proqramı keçirilib. Festival çərçivəsində təşkil olunan müxtəlif yarışmalarda qalib olanlar hədiyyələrlə mükafatlandırılıblar.
Festivalın bağlanış mərasiminə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və geniş ictimaiyyətin nümayəndələri qatılıblar. İcra başçısı “Azerçay”ın stendləri ilə tanış olub və təşkil olunan konsert proqramında iştirak edib.