Lənkəranda itkin düşmüş qadın tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində Apa.az-a istinadən verir.
Mayın 27-də Ürgə kənd sakini olan A.Sadıqovanın qohumları onun evdən xəbərsiz getməsi və geri qayıtmaması ilə bağlı polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində qadın tapılaraq ailəsinə təhvil verilib.