Lənkəranda ötən gün itkin düşən 35 yaşlı kişinin meyiti tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyun tarixində Report.az-a istinadən verir.
Bu gün rayonun Sütəmurdov kənd sakini Vüsal Rəhimovun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.