top
Lənkəranda gender bərabərliyinə həsr olunmuş tamaşa nümayiş olunub
10 iyun 2023, 01:17
- ↺ +

Lənkəranda gender bərabərliyinə həsr olunmuş tamaşa nümayiş olunub

Lənkəranda Avropa günləri çərçivəsində gender bərabərliyi mövzusuna həsr olunmuş tamaşa nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 iyun tarixində verir.

Yazıçı-dramaturq İsmayıl İmanın gender bərabərliyi mövzusuna həsr olunmuş “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” pyesi əsasında eyniadlı tamaşa Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş olunub.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun, Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun və 13 ölkənin diplomatik nümayəndələrinin də izlədikləri tamaşadan öncə Latviya Respublikasının müvəqqəti işlər vəkili Via Buşa və İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson çıxış edərək incəsənət vasitəsilə gender bərabərliyi məsələsinin gündəmə gətirilməsinin vacibliyini qeyd etməklə yanaşı, Azərbaycanın selektiv abortla mübarizə üçün böyük səy göstərdiyini vurğulayıblar.

Daha sonra tamaşaya baxış olub.

Ölkəmizdəki gender problemlərinə toxunan bu səhnə əsəri müxtəlif yaşlarda olan eyni qəhrəmanın - yeniyetmə qız, gənc qız və qadının monoloqları üzərində qurulub.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanda ilk interaktiv teatr olan dOM Müstəqil Teatrının yaradıcısı və rəhbəri Tərlan Rəsulovdur.

Qeyd edək ki, rolları Əməkdar artist Yaqut Paşazadə, Günay Həsən və Nuray Məmmədzadə ifa ediblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər