Lənkəran şəhərində apteklərin xidməti ilə bağlı problem sakinləri çıxılmaz vəziyyətdə qoyur.
Cenublu.az xəbər verir ki, gecə saat 1-dən sonra şəhərdə apteklərin fəaliyyət göstərməməsi insanların sağlığını təhlükəyə atır.
Sakinlər bildiriblər ki, gecə, demək olar ki, bütün şəhəri dolaşsalar da, növbətçi aptek tapa bilmirlər.
“Saat 3-də xəstəxanaya uşağı apardım qızdırmalı halda. Həkim resept yazdı. Taksi ilə bütün şəhəri gəzdim, amma açıq aptek olmadı”, - deyə sakinlərdən biri bildirib.