Lənkəranda evdən oğurluq edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Liman şəhəri ərazisində yerləşən evlərin birindən 8000 ABŞ dolları və 930.000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində və Rövşən Nuruşov Saatlı rayonunda saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.