Lənkəran rayonunun bəzi ərazilərində ehtiyac olduğu halda gecə saatlarında işıq sistemi işlək vəziyyətdə olmur. Bəzi ərazilərdə isə əksinə - günorta vaxtı işıqlandırma işə salınır. Bununla bağlı Cenublu.az bu gün, 19 iyul tarixində kiçik bir araşdırma aparıb.
Belə ki, rayonun Velədi kəndində günorta olmasına baxmayaraq, işıq dirəkləri yanıq vəziyyətdədir. Bu isə kifayət qədər enerjinin israfı deməkdir. Enerji itkisindən əlavə, bu həm də ekoloji baxımdan zərərlidir. Ekoloqlar ehtiyac olmadığı halda küçə işıqlarının yandırılmasını məsləhət görmürlər, çünki bu işıqlar ətrafa yüksək istilik verir.
Ümüdvarıq ki, Lənkəran sakinlərinin kütləvi narahatlığına səbəb olan işıqlandırma problemi yaxın zamanlarda öz həllini tapacaq.