Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Dövlət idarəçiliyində liderlik” adlı dəyirmi masa təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbirdə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbələri iştirak ediblər. Onlara mövzu ətrafında məlumatlar verilib.
Daha sonra ulu öndərin ömür yolunu özündə əks etdirən sənədli film nümayiş olunub.