Lənkəran rayonunda buğda və arpa biçini prosesinə başlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyun tarixində Lənkəran ŞİH-yə istinadən verir.
Cari ildə rayonda 758,2 hektar sahədə buğda, 70,6 hektar sahədə isə arpa əkini həyata keçirilib. Hazırda dənli bitkilərin biçininə də başlanılıb. İndiyədək 100 hektar sahədə buğda, 50 hektar sahədə arpa biçini həyata keçirilir.
Biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunması Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən aparılır.