Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Lənkəranda tamaşa ilə çıxış edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində verir.
Yuri Entin, Vasili Livanovun “Bremen musiqiçiləri” tamaşası 27 iyun saat 15:00-da Lənkəran Dövlət Dram Teatrında nümayiş olunacaq.
Tamaşa ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr olunub.