top
Lənkəranda Biz Heydər babanın nəvələriyik adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib
10 may 2023, 02:23
- ↺ +

Lənkəranda "Biz Heydər babanın nəvələriyik" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib

Lənkəranda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusunda "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi qoruyaq" adlı layihə çərçivəsində "Biz Heydər babanın nəvələriyik" adlı ədəbi-bədii kompozisiyalı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbir öncəsi iştirakçılar Heydər Əliyevin adını daşıyan xatirə parkına gələrək ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mədəniyyəti" adlı fotolardan ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir mərkəzin akt zalında davam edib.

Tədbirdə çıxış edənlər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısından, sağlam və vətənpərvər ruhda böyümələri üçün gördüyü mühüm işlərdən danışıblar.

Tədbirdə şagirdlərin ifasında müxtəlif səhnəciklər, şeirlər, rəqs, mahnı nümünələri, Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirin sonunda Lənkəran şəhəri H.Aslanov adına 3 nömrəli tam orta məktəbin direktoru Aqil Sadiyev məktəbin müəllim və şagird kollektivinin əməyini yüksək qiymətləndirərək onları məktəbin diplom və sertifikatları ilə təltif edib.

Qeyd edək ki, tədbir Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər