Lənkəranda Qurban bayramı ilə əlaqədar bayram sovqatı paylanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 iyun tarixində verir.
YAP Lənkəran rayon təşkilatının və YAP fəalı, mexanika üzrə fəlsəfə doktoru, sahibkar Emin Bağırovun təşəbbüsü ilə 57 şəhid və 38 aztəminatlı olmaqla umumilikdə 95 ailəyə bayram sovqatı paylanıb.
Qeyd edək ki, tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İ.Əmənullayev, təşkilatın əməkdaşları, bir qrup şəhid ailələri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.