Lənkəran şəhərində, “Xəzər Palace” istirahət mərkəzinin yaxınlığında yerləşən elektrik dirəyi aşmaq üzrədir.
Sakinlərin Cenublu.az-a verdiyi məlumata görə, güclü külək və intensiv yağışlar zamanı dirəyin aşma riski artır. Bu vəziyyət həm yaxınlıqdakı yaşayış evləri, həm də sakinlərin təhlükəsizliyi üçün real təhdid yaradır.
Şikayətçilər aidiyyəti qurumlardan problemin qısa müddətdə aradan qaldırılmasını xahiş edirlər.