Lənkəranda yaşayış binasında baş vermiş yanğın zamanı 1 nəfər yanaraq ölüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyun tarixində Report.az-a istinadən verir.
Girdəni kəndində yerləşən ikimərtəbəli, 16 mənzilli binada yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Yanğının söndürülməsi zamanı mənzillərin birində 90 yaşlı Əcəbnaz Əsgərovanın meyiti aşkar edilib. Bina sakinlərindən başqa, xəsarət alan olmayıb.
Fakt üzrə araşdırma aparılır.