Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 aprel tarixində Apa.az-a istinadən verir.
Belə ki, rayonun Yuxarı Nüvədi kənd sakini, 62 yaşlı İbrahim Ağacan oğlu Səfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər ona qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. O, əməliyyata götürülüb.
İlkin məlumata görə, İ.Səfərov bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma gedir.