Lənkəranda bu ilin 2 mart tarixində itkin düşən Könül Ağayevanın meyiti tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 may tarixində verir.
Mərhumun ailə üzvlərinin verdiyi məlumata əsasən, o, ADPU-nun Cəlilabad filialının tələbəsi idi və işləmək üçün Lənkərana gəlmişdir. Lakin bir neçə gün sonra onunla əlaqə kəsilib.
Qadının meyiti kirayə yaşadığı Hacı Zeynalabdin Tağıyev küçəsinin 1-ci döngəsindəki evdə aşkarlanıb.
Qeyd edək ki, 22 yaşlı K.Ağayeva Cəlilabad rayonunun Muğan kəndindən olub. O daha öncə ailəli olub və boşanıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma davam etdirilir.