Lənkəranda fəaliyyət göstərən səhmdar cəmiyyətinin müəyyən hissəsi satılacaq. Bu haqda bu gün, 16 iyul tarixində Cenublu.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
“Lənkəran Taxıl” səhmdar cəmiyyətinin 869.690 ədəd səhmi satışa çıxarılacaq. Nizamnamə kapitalı 173.936,8 manat olan şirkətin səhmlərinin ilkin satış qiymətinin 10%-i həcmində behin məbləği 2604,35 manat təşkil edəcək.
Qeyd edək ki, satışa çıxarılan səhmlərin nominal dəyəri 52.087 manat kimi hesablanır.
Hərracda iştirak şərtləri keçiddə qeyd olunub.