Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ziyalı, Ağsaqqallar şurasının sədri Kamal Kələntərlini 100 illik yubileyi münasibətilə evində təbrik edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində ŞİH-yə istinadən verir.
İcra başçısı ağsaqqalı 100 illik yubileyi münasibətilə təbrik edib, ona sağlam və gümrah həyat arzulayıb. Taleh Qaraşov K.Kələntərli ilə birgə yubiley tortunu kəsib, ona Fəxri Fərman və qiymətli hədiyyə təqdim edib, səmimi həmsöhbət olub və sonda xatirə şəkli çəkdirib.