Lənkəran rayonunun Şiləvar kəndində yanğın qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yanğın günorta saat 14:30 radələrində baş verib. Ümumi sahəsi 18 kv.m olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.