Lənkəran şəhər İcra Hakimiyyətinin əməkdaşlarının içkili vəziyyətdə avtoxuliqanlıq etdikləri və polis bölməsinə aparıldıqları xəbəri yayılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində İndex.az-a istinadən verir.
Belə ki, onların Lənkəran ŞİH Hüquq şöbəsinin müdiri Emin Quliyev və onun yaxın qohumu, şöbənin baş mütəxəssisi Anar Məmmədov olduqları qeyd olunur.
Məsələ ilə bağlı Anar Məmmədovla əlaqə saxlanılıb. O, yayılmış məlumatın doğru olmadığını, hətta Emin Quliyevin spirtli içkidən uzaq olduğunu bildirib.
Aralarında olan qohumluq əlaqəsi haqda isə Anar Məmmədov söyləyib: “Bəli qohumuq. Emin Quliyev mənim bibim oğludur”.