Lənkəranda qanunsuz balıq ovlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) istinadən verir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında yoxlamalar aparılıb. Nəticədə qanunsuz balıq ovlayan Lənkəran rayon sakinləri Mail Əhmədov və Rəsul Əzizovdan qadağan olunmuş ov alətləri aşkarlanaraq götürülüb.
Qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.