top
Lənkəran Regional Perinatal Mərkəzində Ailə Otağı istifadəyə verilib
07 iyun 2023, 23:59
- ↺ +

Lənkəran Regional Perinatal Mərkəzində Ailə Otağı istifadəyə verilib

Lənkəran Regional Perinatal Mərkəzində Ailə Otağının açılış mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 iyun tarixində verir.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəsi Fərid Babayev, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova, “Ümidli Gələcək” İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova və digərləri çıxış edərək bildiriblər ki, Lənkəran Regional Perinatal Mərkəzində Ailə Otağının yaradılması bir səhiyyə tədbiri olmaqla yanaşı, həm də cəmiyyətimiz üçün yenilikdir, bu istiqamətdə yeni addımların atılmasına dəstəkdir, ilk növbədə isə analara köməkdir.

Vurğulanıb ki, 2022-ci ildən başlayaraq antenatal qayğının yaxşılaşdırılmasına və ataların uşaqların sağlam böyüməsi və inkişafında iştirakının təşviqi və dəstəklənməsinə töhfə vermək məqsədilə Bakı, Lənkəran və Göyçay şəhərlərində müəyyən olunmuş poliklinikalarda tibb işçiləri və valideynlər üçün antenatal maarifləndirmə guşələrinin yaradılması, maarifləndirici materialların hazırlanması və yayılması, habelə tibb işçiləri üçün antenatal qayğı ilə bağlı təlim kursları təşkil edilib.

Eyni zamanda Bakı, Göyçay və Lənkəran şəhərlərində 500-ə yaxın səhiyyə mütəxəssisi üçün ailə planlaması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında canlı və virtual təlimlər və əhali üçün maarifləndirici seminarlar təşkil olunub.

Qeyd edək ki, Ailə otağının açılışı Avropa İttifaqı, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) dəstəyi ilə “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən “Səhiyyə müəssisələrində kişilərin perinatal qayğı və qulluq, habelə məsuliyyətli atalıq üzrə fəaliyyətlərə cəlb edilməsi” layihəsi çərçivəsində Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və TƏBİB ilə əməkdaşlıqla baş tutub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər