Lənkəran rayonunun Xanbulan kəndi istiqamətində 41 yaşlı Hüseynov Vüsal Akif oğlu bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyun tarixində verir.
FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb ediliblər. FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.