Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində dörd nəfər Lənkəran rayon sakini saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyul tarixində Trend.az-a istinadən verir.
Belə ki, Havzava kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilən yaş kütləsi 10 kiloqramdan artıq olan 61 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb. Əməldə şübhəli bilinən kənd sakini Azər Fərəcov saxlanılıb.
Həmçinin daha üç Lənkəran rayon sakini, onlara məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən ümumilikdə 16 ədəd çətənə bitkisi aşkarlandığı üçün, saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.