İrandan Azərbaycana qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçüsü saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 iyun tarixində verir.
Belə ki, Lənkəran şəhərində keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb. Onun üzərində və idarə etdiyi avtomobildə 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3000 ədəd metadon həbi aşkar edilib.
Fakt üzrə cinayət işi başlanılıb, saxlanılan barəsində həbs qətimkan tədbiri seçilib.