Lənkəranda İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “Uptode in Medicine”-in birgə əməkdaşlığı ilə pediatrik reanimasiyaya dəstək məqsədilə Amerika Ürək Assosiasiyasının (AHA) Pediatrik Təkmil Həyata dəstək PALS təlimi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində Azertac-a istinadən verir.
Təlimdə Lənkəran Perinatal Mərkəzin həkimləri, pediatrlar, neonatoloqlar iştirak ediblər. Təlim İSİM-in həkim-metodisti, eyni zamanda Amerika Ürək Assosiasiyasının ACLS, PALS, BLS üzrə beynəlxalq sertifikatlı təlimçisi Könül İsmayılova tərəfindən aparılıb. İki gün davam edən təlimdə pediatrik təcili yardımın əsasları ilə bağlı həm nəzəri, həm də praktik bacarıqlar öyrədilib.