Lənkəranda iməcilik aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində verir.
Tədbir Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyliyinin 5 saylı dolayında aparılıb. Aksiya zamanı 4 hektar ərazi məişət tullantılarından təmizlənilib.
Qeyd edək ki, aksiya Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətər idarəsinin birgə təşkilatçılığı ilə baş tutub.