Lənkəranda köməksiz vəziyyətdə qalan heyvan xilas olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, şəhər ərazisində bir baş iribuynuzlu heyvan 1 metr dərinliyi olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalıb. Səhər saatlarında heyvan FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.