Lənkəran Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Səbuhi Canıyev təltif olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində verir.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Canıyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Qeyd edək ki, S. Canıyev Lənkəran Şəhər Bələdiyyəsinin üzvü Hacı Fəxrəddin Canıyevin oğludur.