İlham Əliyevin Sərəncamına əsasən, Lənkəran Dövlət Dram Teatrının əməkdaşları mükafatlandırılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində verir.
Teatrın baş rejissoru, direktor v.i.e. Anar Sadıqov, dram artisti Miraslan Ağayev və aktrisası Aynur Əhmədova Prezident mükafatına layiq görülüblər.
Teatrın aparıcı səhnə ustası Xalq artisti Böyükxanım Əliyeva isə Prezidentin fərdi təqaüdünü qazanıb.