Lənkəranda dənizkənarı ərazidə zibillər atılıb. Bu haqda bu gün, 13 iyul tarixində Cenublu.az xəbər verir.
Sakinlər xoşagəlməz hal ilə bağlı redaksiyamıza müraciət ediblər. Xəzər dənizi sahilinin Göyşaban ərazisindəki hissəsi tullantılarla dolub. Görüntülərdən müşahidə etmək olar ki, ərazidə tullantılar toplanılaraq bir sıra şəklində yığılıb.
Sahildə gəzmək istəyənlər məsələnin tez bir zamanda həll ediləcəyinə ümid edirlər.