Lənkəran şəhər sakinində narkotik vasitə aşkar edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyul tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Rzayev saxlanılıb. Şəxsi axtarış zamanı 150 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqramdan artıq marixuana aşkar olunub. Aşkarlanan vasitə müsadirə edilib.
Araşdırma aparılır.