Lənkəran şəhərində yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 11 iyul tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Yanğın beşmərtəbəli yaşayış binasında baş verib. Binanın 1-ci mərtəbəsində ümumi sahəsi 76 kv.m olan mənzilin mətbəxinin yanar konstruksiyaları 7 kv.m sahədə yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğının başvermə səbəbləri araşdırılır.