Lənkəran-Astara Regional Təhsil İdarəsində yeni təyinat olub. Bu haqda Cenublu.az bu gün, 23 iyun tarixində məlumat verir.
Elnur Rafiq oğlu Quliyev Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin olunub.
Quliyev 2010-cu ildə biologiya müəllimi ixtisası üzrə bakalavr pilləsini bitirib. Uzun müddət müəllim və məktəb direktoru kimi fəaliyyət göstərib. 2016-cı ildə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq Astara rayonu Qapıçıməhəllə kənd Ə.Əliyev adına ümumi orta məktəbində direktor vəzifəsinə təyin olunub.
Direktor vəzifəsində çalışdığı dövrdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən keçirilən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində “məktəb inspektoru” kimi fəaliyyət göstərib.